27 C
Baku
27 İyul 2024, 3:22
Baş xəbər

Loukosterlərin sayının artırılması planlaşdırılır

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman istər klassik aviaşirkətlərlə, istərsə də loukosterlərlə əməkdaşlığı genişləndirməyə çalışır.

Vurğulanıb ki, Bakı hava limanı daim infrastrukturun təkmilləşdirilməsi və yeni tərəfdaşların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzərində işləyir.

“Gələcəkdə də sərnişinlər üçün səyahətlərə daha da əlçatanlığın təmin olunması məqsədilə Bakı aeroportundan uçuş həyata keçirəcək aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan qeyri-hökumət təşkilatlarının Prezident İlham Əliyevin doğum günü münasibətilə müraciəti

İntizar Əmirova

Prezident Ərdoğanın Fələstin diplomatiyası davam edir

Bugün TV

Xilaskar insan – Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu