Dünya

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Lübnan hakimiyyəti İranın Beyrutdakı səfirini “persona non grata” (arzuolunmaz şəxs) elan edib.

Bugun.tv xəbər verir ki, beynəlxalq mediada yayılan məlumatlara görə, rəsmi Beyrut İran diplomatına ölkəni tərk etməsi üçün 29 mart tarixinədək vaxt verib.

Diplomatik mənbələr bildirir ki, “persona non grata” qərarı dövlətlərin tətbiq etdiyi ən sərt diplomatik addımlardan biri hesab olunur. Bu status həmin diplomatın artıq qəbul edən ölkədə fəaliyyətinin arzuolunmaz olduğunu göstərir.

Məsələ ilə bağlı Lübnan rəsmiləri hələlik qərarın səbəbləri barədə ətraflı açıqlama verməyib. İran tərəfi də hadisə ilə bağlı geniş mövqe bildirməyib.

Ekspertlərin fikrincə, bu addım iki ölkə arasında diplomatik münasibətlərdə gərginliyin artdığını göstərə bilər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Hörmüz boğazı böhranı qlobal yanacaq çatışmazlığı yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu