25 C
Baku
27 İyul 2024, 3:59
Baş xəbərHadisə

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş etdi

Bugun.tv xəbər verir ki, “Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

AZƏRTAC ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

İntizar Əmirova

Oxşar xəbərlər

Güclü yağış nəticəsində ölənlər oldu

Aynur Camal

“Fuad Poladovu teatrdan uzaqlaşdırana sayğım yoxdur”

Nigar Məmmədova

Bazara silahlı hücum olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu