19 C
Baku
28 İyun 2025, 6:17
Siyasət

Lukaşenko Çinə səfər edib

Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı Çinə səfər edib. Bugun.tv BELTA agentliyinə istinadən xəbər verir ki, onun təyyarəsi Pekin hava limanına enib.

Aleksandr Lukaşenkonun Çin sədri Si Cinpinlə təkbətək və  digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir.  Əsas sahələrdə əlaqələrə dair böyük sənədlər paketi imzalanacaq.

Baş nazirin birinci müavini Nikolay Snopkov mətbuata bildirib ki, Belarus və Çin liderlərinin “hər hava şəraitində” və hərtərəfli strateji tərəfdaşlıq  haqqında  birgə bəyannamə qəbul edəcəyi gözlənilir. O, bildirib ki, qarşıdakı 5-10 il üçün iki ölkə arasında münasibətlərin strukturunun qurulması üçün bütöv bir “əsas sənədlər” paketi də imzalanacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə terrorla mübarizə tədbirlərini müzakirə edib

Nigar Məmmədova

Lavrovdan Azərbaycanla bağlı açıqlama

Aynur Əfəndi Zadə

Albaniya prezidenti Azərbaycanın Avropanın enerji təchizatına verdiyi mühüm töhfəni yüksək qiymətləndirib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu