6 C
Baku
6 Fevral 2026, 22:49
Dünya

Luvr soyğununda zədələnən İmperatriça tacının son vəziyyəti açıqlanıb

Luvr soyğunu, Paris Luvr Muzeyi, İmperatriça Evgeniya tacı, almaz tac tapıldı, 88 milyon avro soyğun, Fransada mücevher oğurluğu, tacın bərpası, Luvr mücevherləri itkin

Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyi ötən ilin oktyabrında baş verən və ümumi dəyəri 88 milyon avro qiymətləndirilən iri mücevher soyğununa dair yeni məlumat yayıb.

Muzeyin açıqlamasına görə, soyğun zamanı oğurlanan, lakin cinayətkarların qaçarkən yerə saldığı 19-cu əsrə aid İmperatriça Evgeniyanın almaz tacı “demək olar ki, bütöv vəziyyətdə” tapılıb və ilk dəfə görüntülənib.

Araşdırmalar zamanı tacın vitrindən çıxarılarkən ciddi deformasiyaya uğradığı bildirilib. Buna baxmayaraq, tac üzərindəki 1354 almazın demək olar ki, hamısının və 56 zümrüdün yerində olduğu müəyyən edilib. Tacı bəzəyən səkkiz qızıl qartaldan isə yalnız birinin itdiyi qeyd olunub.

Tac bərpa olunacaq

Luvr Muzeyi tacın bərpa prosesinə başlanılacağını və onun orijinal formasına uyğun şəkildə “yenidən hazırlanmasına ehtiyac olmadan” tam təmir edilə biləcəyini açıqlayıb. Restavrasiya işlərinə muzey rəhbəri Loren Des Karın başçılıq etdiyi ekspert qrupu nəzarət edəcək.

Soyğun 4 dəqiqəyə həyata keçirilib

Məlumata görə, cinayətkarlar Sena çayı sahilində yerləşən balkondan içəri daxil olmaq üçün yük maşınına quraşdırılmış mexaniki lift istifadə ediblər. Pəncərəni elektrik alətləri ilə kəsərək muzeyə daxil olan dəstə mühafizəçiləri hədələyib və mücevherləri götürərək çöldə gözləyən motosikletlərlə cəmi 4 dəqiqə ərzində ərazidən uzaqlaşıb.

Digər qiymətli əşyalar hələ də tapılmayıb

Polis hadisə ilə bağlı 4 nəfəri saxlayıb, lakin soyğunun əsas təşkilatçısının hələ də tapılmadığı bildirilir. Tacdan başqa, İmperatriça Evgeniyaya aid tiara, boyunbağı, sırğa və broşlardan ibarət daha 7 mücevherin isə hələ də itkin olduğu açıqlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Yeni START müqaviləsinin bitməsi nüvə təhlükəsini artırır

Aynur Camal

Rusiya: ABŞ-la Yeni START sazişi üzrə danışıqların tezliklə başlanmasına ehtiyac var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu