Digər

Ləkələri parçadan necə aparmaq olar? – MÜTƏXƏSSİSDƏN MƏSLƏHƏT

Kostyum - Ləkələrin təmizlənməsi

Bayram günlərində qarşılaşdığımız arzuolunmaz hadisələrdən biri də geyimlərimizə müxtəlif tərkibli ləkələrin düşməsidir. Çox zaman onları paltarımıızdan çıxara bilmək üçün duz, limon kimi vasitələrdən istifadə edirik. Bəzən bu ləvazimatlardan istifadə nəticəsində ləkə parçaya hopur və geyim saralmağa başlayır.
Bugun.tv əməkdaşları paytaxtda fəaliyyət göstərən quru və kimyəvi təzmizləmə mərkəzlərindən birində olub. Mütəxəssis Səmayə Məmmədovadan tövsiyələr alıblar. Onun sözlərinə görə, bəziləri yağ ləkəsi tökülən hissəni duz tökərək təmizləməyə çalışırlar. Ancaq bu da tam təmizləmə üsulu deyil.

“Bir də çox vaxt paltarlara ləkə düşərkən nəm salfetlərdən istifadə edirlər. Bu da yanlışdır. Nəm salfetlər paltarın rəngini aparır. Ən çətin gedən isə mürəkkəb ləkəsidir. Onu biz xüsusi məhlullarla təmizləyə bilirik. Qeyd edək ki, digərlərinə nisbətən ipək və kətan parçaya hopan ləkələr gec gedir”.
S.Məmmədova bildirir ki, yağ, mürəkkəb və yemək ləkələrini təmizləmək digərlərinə nisbətən, daha uzun vaxt tələb edir. Həmçinin, onların hər brinin özünəxas təmzilənmə qaydası var. “Öncə ləkənin növünü və parçanın tərkibini müəyyənləşdiririk. Sonra ona lazım olan xüsusi məhlulu əlavə edirik. Ev şəraitində xanımlara paltarları diş fırçası ilə sürtməyi tövsiyə etmirik. Çünki bu da parçanın zədələnməsinə səbəb olur”.
Bəzən xanımlar parçanı kimyəvi məhlulla təmizlədikdən sonra qurutma aparatından da istifadə edirlər. Bu isə, yolverilməzdir. Çünki bəzi geyimlər bu yolla yararsız vəziyyətə düşür. Lakin elə parçalar da var ki, onların ləkələrini yalnız qurutma aparatı təmizləyir.
Səmayə Məmmədova bayram günlərində şam ləkəsi tökülən süfrələri ancaq quru təmizləmə aparatı ilə tam aradan qaldırmağın mümkün olduğunu bildirib.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Ekspert: İran niyə uranın zənginləşdirilməsini azaltmağa hazırdır, amma ehtiyatları ölkədən çıxarmaq istəmir?

Aynur Camal

Dünyanın Ən Zəhərli Göbələyi Daha Təhkükəli Oldu

Aynur Camal

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu