27 C
Baku
10 İyun 2025, 10:51
Digər

Məcburi köçkünlərin mənzilləri satışdadı

Məcburi köçkünlər üçün tikilən mənzillərin satışı davam edir. Prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Hazırda  Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillər satılır.

Bugun.tv xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib. Mənzillərin ms.sosial.gov.az portal üzərindən onlayn satışına başlanılıb. Qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olmaqla mənzillərlə tanışlıq və seçim imkanı yaradılıb. “Son məlumata, əsasən 700 mənzil vətəndaşlarımız tərəfindən bron olunub. Mənzili bron edən şəxslə nazirlik arasında məbləğin tam ödənilməsiylə notarial qaydada müqavilə bağlanılır və 10 gün müddətində həmin vətəndaş mənzilə sahib olur”.

Qeyd edək ki, mənzillərin satışı 1 iyuladək davam edəcək.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

ATV kanalı və “Azərpoçt” MMC-dən gözəl təşəbbüs-FOTOLAR

Nigar Məmmədova

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

Aynur Camal

Maya İmran: “Qadın özü bayram deyilmi?!”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu