2 C
Baku
14 Dekabr 2024, 20:31
Baş xəbərMədəniyyət

Mədəniyyət naziri Anar Kərimov Milli Azərbaycan Ədəbiyyatı Muzeyini və Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdi

Bugün.tv- nin Nazirlikdən aldığı məlumata görə, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdilər.

Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış etdi. O, məhz yaşadığı evdə Hüseyn Cavidin Ev Muzeyinin yaradılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğuladı. Gülbəniz Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verdi. Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin Ev Muzeyinin rəy kitabına qeyd etdi.

Daha sonra Nazirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etdilər. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nazirliyin nümayəndələrini Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərini özündə əks etdirən muzeyin zəngin ekspozisiyası ilə tanış etdi. Rafael Hüseynov çıxış edərək Azərbaycan ədəbiyyatının düzgün tədqiqi və təbliği məqsədilə muzeydə aparılan elmi-tədqiqat işlərindən bəhs etdi.

Görüşdə nazir Anar Kərimov muzeylərin yalnız Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs etdi. Nazir Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra fərman və sərəncamların imzalandığını qeyd etdi. Görüş çərçivəsində həmçinin muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.

Aynur Camal

Oxşar xəbərlər

Yanvarın 19-da gözlənilən hava şəraiti

Aynur Camal

7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olundu

Kəmalə Sultan

Covid-19-un yeni variantı “BA.2.86” Böyük Britaniyada da aşkar edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu