Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, ekspert bu barədə öz sosial media hesabında paylaşım edib.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır. Onun sözlərinə görə, yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir.

Siyasi ekspert qeyd edib ki, Ermənistan hakimiyyəti 200 min imza toplayaraq parlamentdən yan keçməklə referendum keçirə və ya bir neçə müxalifət partiyasının deputatlarının səsini ala bilər.

“Nikol Paşinyan çalışacaq ki, bir neçə deputatın səsini alsın. Bunun üçün hökumətin əlində müəyyən təzyiq etmə rıçaqları var”, – deyə Əsədullazadə vurğulayıb.

Ekspertin fikrincə, hazırda Ermənistan Konstitusiyası yenidən yazılıb və hazır vəziyyətdədir. O bildirib ki, Bakı və Yerevan yekun sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə bağlı tarixi müəyyənləşdirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Nikol Paşinyan Konstitusiya referendumunun keçirilməsində də problem görmür. Onun sözlərinə görə, bu proses Azərbaycan və Ermənistan arasında normal münasibətlər sisteminin qurulmasına imkan yarada bilər.

Siyasi ekspert yekun sülh müqaviləsinin Qəbələdə imzalanmasının mümkün olduğunu da qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu