Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: İran və ABŞ yaxın günlərdə danışıqlara başlaya bilər

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə İran–ABŞ münasibətləri ilə bağlı növbəti mərhələyə dair proqnozlarını açıqlayıb.

Ekspert sosial media hesabında paylaşdığı fikirlərdə bildirib ki, yaxın günlərdə ABŞ ilə İran arasında danışıqların baş tutması gözlənilir və rəsmi Tehran bu prosesdə maraqlıdır.

Onun sözlərinə görə, İranın nüvə zənginləşdirməsindən tam imtina etməsi və regionda proksi qüvvələrə dəstəyi dayandırması şərti ilə müəyyən razılaşmanın əldə olunması mümkündür. Məhəmməd Əsədullazadə qeyd edib ki, bu çərçivədə SEPAHın səlahiyyətləri prezidentə ötürməsi ehtimalı da istisna edilmir.

Ekspert hesab edir ki, əgər danışıqlar reallaşarsa, ilkin mərhələdə bir neçə günlük atəşkəs rejimi tətbiq oluna bilər. Bununla belə, ABŞ-la danışıqların aparılması və şərtlərin qəbul edilməsi məsələsində SEPAH daxilində fikir ayrılıqlarının mövcud olduğu vurğulanır.

Məhəmməd Əsədullazadə əlavə edib ki, İsrailin Baş naziri danışıqların baş tutmasında və şərtlərin qəbul edilməsində maraqlı deyil. Onun fikrincə, İsrail İran daxilində hərbi xaosun və parçalanma prosesinin baş verməsini daha məqsədəuyğun hesab edir. Ekspert həmçinin iddia edib ki, İsrailin Şimali İraqdakı kürd silahlı qruplarının İrana daxil olmasına çalışdığı barədə məlumatlar var.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İsrail Hizbullahı tam sıradan çıxarmağa çalışır

Aynur Camal

Azərbaycanda ilk dəfə “Mərhəmət Gecəsi” keçirildi – FOTOLAR

Aynur Camal

Prezident İlham Əliyev İran səfirliyində başsağlığı verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu