28 C
Baku
15 Sentyabr 2026, 17:49
Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Suriyada Əhməd əş-Şaraa hökumətinə qarşı keçirilən etirazlarla bağlı fikirlərini bölüşüb.

Ekspert sosial media hesabında bildirib ki, ölkədə yanacaq, dizel, benzin və digər məhsulların bahalaşması əhalinin narazılığına səbəb olub. Onun fikrincə, uzun illər davam edən müharibədən sonra Suriyada ağır iqtisadi vəziyyətin qalması etirazların əsas səbəblərindən biridir.

Məhəmməd Əsədullazadə eyni zamanda hesab edir ki, sosial narazılıqlardan müəyyən qüvvələrin siyasi məqsədlər üçün istifadə etməsi də istisna deyil. O qeyd edib ki, Suriyada son dövrdə dövlət institutlarının möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və kürd silahlı qruplarının siyasi prosesə inteqrasiyası istiqamətində addımlar atılıb.

Ekspertin sözlərinə görə, Suriyada sabitliyin bərpa olunmasını istəməyən qüvvələr, həmçinin Əsəd rejiminin qalıqları və bəzi silahlı qruplar yaranmış vəziyyətdən istifadə etməyə çalışa bilər.

“Bu baxımdan, etirazlar təkcə sosial xarakter daşımır. Onların arxasında müəyyən mərkəzlərin olduğu və Suriyada yenidən xaosun yaranmasında maraqlı qüvvələrin fəaliyyət göstərdiyi istisna deyil”, – Məhəmməd Əsədullazadə vurğulayıb.

O, Türkiyənin Suriyanın sabitliyi və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadığını bildirib. Ekspertin fikrincə, Türkiyə və Suriya mümkün sabitliyi pozmağa yönələn proseslərin qarşısını almaqda maraqlıdır. O əlavə edib ki, Türkiyə xarici işlər nazirinin Suriya səfəri fonunda etirazların başlaması diqqət çəkən məqamdır.

Əsədullazadə bununla yanaşı, yaranmış vəziyyətdən istifadə edən bəzi silahlı qrupların yenidən fəallaşması və qarşıdurmaların baş verməsi ehtimalını da istisna etməyib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Vüqar Bayramov: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma sürətlə davam edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Rusiyanın qaz ixracını dayandırması Paşinyanın mövqeyini gücləndirir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu