24 C
Baku
28 Sentyabr 2026, 11:58
Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Türkiyə-Azərbaycan münasibətləri və iki ölkə arasında qardaşlığın əhəmiyyəti ilə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, Türkiyə və Azərbaycan qardaş və müttəfiq ölkələrdir. Onun fikrincə, hər iki ölkədə Türkiyə və Azərbaycan əleyhinə aparılan təbliğat iki xalq arasında nifaq yaratmağa yönəlib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, bəzi qüvvələrin apardığı bu təbliğatın Rusiya, İran, FETÖ və İsrailin Baş naziri Benyamin Netanyahunun siyasəti ilə əlaqəli olduğunu düşünür.

Ekspert Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayaraq, Naxçıvanın təhlükəsizliyi məsələsində Qars müqaviləsinin rolunu da xatırladıb. O bildirib ki, müqaviləyə əsasən Türkiyə uzun illər Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində mühüm tərəf olub.

Məhəmməd Əsədullazadə Azərbaycan və Türkiyə prezidentlərinin Türk Dövlətləri Təşkilatının inkişafı istiqamətində fəaliyyət göstərdiyini də qeyd edib.

Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə cəmiyyətlərində qarşı tərəfə qarşı çıxış edən qüvvələrin kimliyi getdikcə daha aydın görünür və bu məsələlər araşdırılaraq “süzgəcdən keçirilir”.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev: 5 il ərzində Azərbaycanda bərpaolunan enerji hər yerdə olacaq

Aynur Camal

Vətəni hər şeydən uca tutdular

Aynur Camal

Hulusi Kılıç: Can Azərbaycanın hədəfə alınması bizim ailəmizə yönəlmiş hücumdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu