25 C
Baku
27 İyul 2024, 4:34
Dünya

Məhbusları daşıyan mikroavtobusa pusqu qurdular! Ölənlər və yaralananlar var

Fransanın İnkarvil şəhərində həbsxana furqonuna edilən hücumdan sonra iki mühafizəçi güllələnib.

Bildirilib ki, məhbuslar iki ayrı maşınla qaçıblar, maşınlardan biri isə yanmış vəziyyətdə aşkarlanıb.

Belə ki, dörd silahlı şəxs bu gün yerli vaxtla saat 11:00 radələrində məhbusları daşıyan həbsxana karvanını pusquya salıb.

Fransa mediası azı iki mühafizəçinin öldüyünü, daha üç nəfərin yaralandığını bildirib. Qaçan şübhəlilərdən birinin məhkəmələr tərəfindən adam öldürməyə cəhdlə tanınan cinayətkar olduğu bildirilib.

Hadisənin baş verdiyi magistral polis tərəfindən “qeyri-müəyyən müddətə” bağlanıb. Helikopterlər məhbusları tapmaq üçün ərazi üzərində havadan uçarkən, milli qvardiya yerdə aktivləşdirilib.

Qaçan məhbusun 30 yaşlı “Uçmaq” ləqəbli cinayətkar olduğu açıqlanıb. Bildirilib ki, sonuncu dəfə oğurluğa görə məhkum olunan məhbus əvvəllər də adam öldürməyə cəhd maddəsi ilə məhkum olunub.

Polis mənbəsi Le Parisien-ə bildirib ki, o, Fransada “narkotik şəbəkəsinin rəhbəridir” və buna görə də son dərəcə təhlükəli sayılır. Hücum zamanı o, gizli olması lazım olan marşrutla bir təcridxanadan digərinə keçirilirdi.

Ən azı bir məhbusun silahlı cinayətkarlarla birlikdə iki maşında qaçdığı bildirilir. Maşınlardan biri, ağ rəngli Audi A5, Watteville şəhərində yanmış vəziyyətdə tapılıb, ikincisi olan BMW 5 seriyalı avtomobil isə Louviers və Evreux istiqamətində hərəkət edib.

Fransanın ədliyyə naziri Eric Dupond-Moretti sosial media hesabından verdiyi açıqlamada, “Həbsxana məmurlarımızdan ikisi öldü, üçü ağır yaralandı. Bütün düşüncələrim qurbanlar, onların ailələri və həmkarları ilədir” deyə O bildirib.

Mənbə: tgrthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Bayden Ukraynaya yeni yardım paketini qeyri-kafi adlandırdı

Bugün TV

BM uşaq nikahlarının qarşısını almaq üçün tədbirlər görür

Aynur Camal

Dogecoin simvolu olan it dünyasını dəyişib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu