25 C
Baku
27 İyul 2024, 4:20
Dünya

Məktəbli hamburger yemək yarışmasında boğularaq öldü

Türkiyədə ürəkağrıdan hadisə baş verib. İbtidai məktəbə gedən 8 yaşlı Eftalya dostları ilə sürətli hamburger yemək yarışına qatılıb. Nəfəs borusuna yemək ilişən Eftalya həyatını itirib.

Yediyi hamburger nəfəs borusuna girincə nəfəs almaqda çətinlik çəkən Eftelya xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Düzcedə ibtidai məktəb yeməkxanasında rəfiqələri ilə “sürətli hamburger yemək” üçün yarışan 8 yaşlı Eftelya Kaymakın nəfəs borusuna yemək ilişib. Nəfəsi kəsilən uşağın aparıldığı xəstəxanada xilas etmək mümkün olmayıb.

Hadisə günorta saatlarında Çay rayonundakı İşıq İbtidai məktəbində baş verib.

Məlumatda deyilir: “İbtidai sinif şagirdi Eftelya Kaymak dostları ilə yeməkxanadan hamburger alıb. Daha sonra uşaqlar hamburgerləri tez yemək üçün öz aralarında yarışdılar.

Bu vaxt yemək Eftelya Kaymakın nəfəs borusuna daxil olub. Nəfəsi kəsilən balaca qızı görən müəllimlər müdaxilə etməyə çalışaraq vəziyyəti 112 Təcili Yardım Mərkəzinə çatdırıblar.

Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən müdaxilə edilən Eftelya Atatürk Dövlət Xəstəxanasına aparılıb. Təcili yardıma aparılan uşağı həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb”.

Eftelyanın ailəsi və yaxınları acı xəbərdən sonra xəstəxanada əsəb böhranı keçirib. Hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati istintaq başladılıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Daha iki ölkə Fələstini dövlət kimi tanıyır

İntizar Əmirova

“Çelsi” baş məşqçisini istefaya göndərdi

Nigar Məmmədova

Prezident Ərdoğanın səfərləri açıqlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu