Baş xəbər

Məlahət İbrahimqızı və çoxunun favoriti Tural Abbaslıdan eyni dairədən namizəd olmalarıyla bağlı qısa açıqlama

Tural bəyin də, Məlahət xanımın da cavablarını oxudum. Heç biri ilə şəxsi tanışlığım və qərəzim də yoxdur.

Əgər hər ikisi də siyasətçidirsə, deməli, cavab diplomatik və eyni zamanda etik olmalı idi.

Tural bəyin cavabını oxuyanda elə bildim 8-ci km bazarında müştəri haylayan bir satıcı danışıb. Məlahət xanım isə o qədər etik, kübar, əsl siyasətçi kimi cavab verib ki, çox bəyəndim. Məncə onun cavabı Tural bəyə çox şeyi deməli idi.

Hay-küy deyil ki, bizi layiq olduğumuz yerə aparan. Bəlkə Tiktokda yayılan populist çıxışları ilə Tural bəy daha populyardır. Amma bu leksikon, bu tərz, bu imici MM-də görməyi arzulamazdım. Maraqlı olsa, tapıb oxuyarsınız.

Fikir bildirmək əsas deyil, kübar olmaq isə önəmlidir. Diplomat üçün isə əsas şərtdir. Ən azından mənim üçün belədir.

Arzu edən tapıb, oxuyar.

İradə İsak

Bugün TV

Oxşar xəbərlər

Alimlər kosmosda ilk arxeoloji tədqiqat apardılar

Aynur Camal

Ölkə tarixində ən böyük almaz hasil edildi (foto)

Aynur Camal

Metro və avtobuslarda gediş haqları artdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu