Bugun.tv xəbər verir ki, Diyarbəkirdə qanunsuz mərc oynadıqları səbəbilə nəzarətə alınan 12 şübhəlidən 7-si həbs edilib. Şübhəlilərin polis basqınlarına qarşı internet kafe kimi görünən iş yerinin qapılarını daim bağlı saxladıqları, yalnız içəridə tanıdıqları və güvəndikləri şəxslərin mərc oynamasına icazə verdikləri, iş yerinin şüşələrini qara plyonka ilə bağladıqları müəyyən edilib. Qeyri-qanuni mərclərin qoyulduğu şəbəkənin hesablarında 2 milyon lirədən çox pul hərəkətinin olduğu, Diyarbakır mərkəzli təşkilatın İstanbul başda olmaqla bir çox şəhərdə mərc edənlərə internet üzərindən “metaverse bet” mərcləri etdiyi müəyyən edilib. Şübhəlilərin tutulması üçün eyni vaxtda “Sıfırla” adlı əməliyyat təşkil edilib. Əməliyyat zamanı 12 şübhəli yaxalanıb, evlərdə və iş yerlərində aparılan axtarışlar zamanı çoxlu sayda mobil telefon, sim kart və hard disklər müayinə üçün götürülüb. Polis bölməsində əməliyyatları tamamlanan şübhəlilərdən 7-si sövq edildikləri ədliyyənin növbətçi cəza hakimi tərəfindən həbs edilib, digərləri isə məhkəmə nəzarəti müddəaları ilə sərbəst buraxılıb.
TRT Haberin məlumatına görə, digər tərəfdən, Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyasında 81 vilayətdə eyni vaxtda həyata keçirilən qeyri-qanuni mərc əməliyyatında Diyarbəkirdə 190 personaldan ibarət 65 qrup tərəfindən 25 internet kafe və iş yeri yoxlanılıb, 360 nəfər sorğu-sual edilib.
Müxbir: Şəms Elnurqızı