13 C
Baku
19 Aprel 2024, 9:10
Baş xəbərDünya

“Məscidlər Günü” qeyd edilir

Bugun.tv xarici KİV- dən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Bosniya və Herseqovinada “Məscidlər Günü” münasibətilə proqram təşkil olunub.

Məlumata görə 7 may tarixdə Bosniya və Herseqovinanın Banya Luka şəhərindəki Fərhadiyə məscidinin dağıdıldığı gündür.

Tarixi Fərhadiyə məscidində təşkil edilən proqramda Banja Lukadakı məscidlərin tarixi hekayəsinin danışıldığı sərginin açılışı olub.

Banja Luka Baş İmam Muamer Okanoviç Fərhadiyə Məscidinin ölkə tarixinə şahidlik edən mühüm əsərlərdən biri olduğunu ifadə edərək, “Acımasızca dağıdılan məscidin dəyərini yox etməyə çalışdılar, lakin məscid xeyirxahların səyi ilə yenidən tikildi. bu gün də xidmətini davam etdirir” – deyib.

1993-cü ildə Serb əsgərləri tərəfindən dağıdılan Ferhadiyə məscidi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə bərpa edilərək 2016-cı il mayın 7-də ibadət üçün açılıb.

1998-ci ildən isə 7 may “Məscidlər günü” kimi tanınır. Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Malayziya və İndoneziya kimi ölkələrin dəstəyi ilə tarixi məscidin təmiri və ya yenidən qurulması davam etdirilir.

Bosniya və Herseqovina İslam Birliyinin məlumatlarına görə, 1992-1995-ci illər arasında gedən müharibədə ölkə daxilində 614 məscid, 218 məscid, 69 Quran kursu, 4 dərviş köşkü, 37 türbə və 405 müxtəlif təməl işləri dağıdılıb. Serb qüvvələrinin nəzarətində olan ərazilərdə 534 məscid, Xorvatiya qüvvələrinin nəzarətində olan ərazilərdə isə 80 məscid dağıdılıb.

Bu məlumatlara görə, 100-dən çox imam düşmən qüvvələri tərəfindən öldürülüb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Atlanta şəhərində baş verən atışmada 3 nəfər öldü

Bugün TV

Ev çökdü: 1 ölü, 3 uşaq axtarılır

Aynur Camal

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu