İspaniyada keçirilən mükafatlandırma mərasimində çıxış edən dünya şöhrətli amerikalı aktyor Riçard Gere Donald Trampı hədəfə alaraq “ABŞ-da qaranlıq dövrlər var. Başında tiran və quldur prezident dayanır. Amma avtoritarizm hər yerdədir. Buna qarşı cəsarətlə mübarizə aparmaq lazımdır” deyib. İspaniyada keçirilən Goya mükafatlandırma mərasiminə məşhurlar axın edib.
Mükafat mərasimində bütün dünyada tanınan amerikalı aktyor Riçard Gere ömür boyu nailiyyət mükafatı alıb.
Mükafatını almaq üçün səhnəyə çıxan Gerin çıxışı böyük reaksiyalara səbəb olub.
Gere çıxışında ABŞ prezidenti Donald Trampı hədəf alıb.
Amerikanın çox qaranlıq dövrlərdən keçdiyini ifadə edən Gere, “ABŞ-a tiran və quldur prezident rəhbərlik edir. Amma avtoritarizm hər yerdədir. Bununla cəsarətlə mübarizə aparmaq lazımdır” dedi.
Gerin sözləri camaatı ayağa qaldırdı.
O, ARVADININ KƏNDİNƏ KÖÇÜB
Keçən il həyat yoldaşının İspaniyadakı məmləkətinə köçən dünya şöhrətli aktyor problemin təkcə doğma şəhəri ilə bağlı olmadığını bəyan edib.
“Avtoritarizm hər yeri zəbt edir” dedi Gere və sözlərini belə davam etdirdi;
Biz ayıq olmalıyıq. Biz enerjili olmalıyıq. Biz cəsarətli olmalıyıq. Biz ürəkli olmalıyıq. Bunu izləyən hamımız – ispandilli dünyada və başqa yerlərdə – ayağa qalxmağa, həqiqəti söyləməyə, dürüst olmağa hazır olmalıyıq. Və bütün hamımızın həyatımızda əsas xeyirxahlıq, əsas sevgi və anlayış üçün bir yer var.
Mənbə: EnSonHaber