27 C
Baku
23 Sentyabr 2026, 17:12
Baş xəbərDünya

İtaliyadan Suriyaya humanitar yardım

İtaliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyaya humanitar yardım çərçivəsində təcili yardım təşəbbüsləri üçün 4,5 milyon avro ayrıldığı ifadə edilərək, “Əhalinin ən həssas təbəqələrinə dəstək verilməsi məqsəd qoyulub” ifadəsi işlədilib.

İtaliya Xarici İşlər Nazirliyi bəyanatında baş nazirin müavini və xarici işlər naziri Antonio Tajaninin yanvarın 10-da Dəməşqə səfərinə diqqət çəkib.

Açıqlamanın davamında İtaliyanın Suriyaya humanitar yardım çərçivəsində təcili yardım təşəbbüsləri üçün 4,5 milyon avro ayırdığı açıqlanıb.

İtaliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Səfər zamanı nazir Tajani tərəfindən açıqlanan Suriyaya humanitar yardım çərçivəsində təcili yardım təşəbbüsləri üçün 4,5 milyon avro ayrılıb” deyə bəyanat daxil edilib.

Bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib:

Bu yardım ən təcili və prioritet olaraq ehtiyac duyulan sahələrə yönəldilir. O, xəstəxana və səhiyyə sektorunda humanitar fəaliyyətlərin dəstəklənməsi, kritik infrastrukturların (su və kanalizasiya) təkmilləşdirilməsi və qida təchizatı zəncirlərinin davamlılığının artırılması kimi sahələrdə əhalinin ən həssas təbəqələrinə dəstək vermək məqsədi daşıyır.

Nazirlikdən verilən açıqlamada, bu təşəbbüsün yanvarın sonunda BMT-nin Brindisidəki Humanitar Yardım Anbarından (UNHRD) yola salınan və hazırda paylanma mərhələsində olan dərman və tibbi ləvazimatlardan ibarət ilk humanitar yardım göndərilməsinə əlavə olaraq həyata keçirildiyi paylaşıldı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Yer kürəsinin formasında qeyri-adi dəyişiklik aşkarlandı

Aynur Camal

Avtobuslarda yüksək səslə musiqiyə 500 dollara qədər cərimə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu