Bugun.tv xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları mədənin tox olduğunu düşündürəcək şəkildə silkələməklə arıqlamağa təşviq edən titrəmə həbi təqdim ediblər. Alimlər deyirlər ki, insanlar hər yeməkdən əvvəl vibrasiyalı həbi udmaqla tezliklə arıqlaya bilərlər.
Mədənin doyduğunu düşünməyə vadar edən, multivitamin ölçülü kapsul, ilk olaraq heyvanlar üzərində sınaqdan keçirilib. Yeməkdən 20 dəqiqə əvvəl həbi udan donuzlar orta hesabla yüzdə 40 daha az qida qəbul ediblər.
Normal halda, mexanoreseptorlar yalnız həddindən artıq yeməkdən sonra reaksiya verir. Ancaq mədəyə getdikdən sonra orada turşu tərəfindən parçalanan həb özünü aktivləşdirir və titrəməyə başlayır. Nəticədə yayılan vibrasiya mədənin artıq genişləndiyini düşündürür və beyinə doyumluluqla bağlı aldadıcı siqnallar ötürür. Tədqiqatçılar kapsulun mədədə təxminən 30 dəqiqə titrədiyini bildirib. Onun bədəndən xaric edilməsi isə dörd-beş gün çəkir. Qeyd edək ki, VIBES adlanan cihazın qiyməti hələ açıqlanmayıb. Tədqiqatçılar onun iştaha təsir göstərdiyini, arıqlamaq və ya iştahı idarə etmək üçün bir yol ola biləcəyini söyləyirlər.