Texnologiya

Mədəni tox olduğuna inandıraran titrəmə həbləri hazırlandı

Bugun.tv xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları mədənin tox olduğunu düşündürəcək şəkildə silkələməklə arıqlamağa təşviq edən titrəmə həbi təqdim ediblər. Alimlər deyirlər ki, insanlar hər yeməkdən əvvəl vibrasiyalı həbi udmaqla tezliklə arıqlaya bilərlər.

Mədənin doyduğunu düşünməyə vadar edən, multivitamin ölçülü kapsul, ilk olaraq heyvanlar üzərində sınaqdan keçirilib. Yeməkdən 20 dəqiqə əvvəl həbi udan  donuzlar orta hesabla yüzdə 40 daha az qida qəbul ediblər.

Normal halda, mexanoreseptorlar yalnız həddindən artıq yeməkdən sonra reaksiya verir. Ancaq mədəyə getdikdən sonra orada turşu tərəfindən parçalanan həb özünü aktivləşdirir və titrəməyə başlayır. Nəticədə yayılan vibrasiya mədənin artıq genişləndiyini düşündürür və beyinə doyumluluqla bağlı aldadıcı siqnallar ötürür. Tədqiqatçılar kapsulun mədədə təxminən 30 dəqiqə titrədiyini bildirib. Onun  bədəndən  xaric edilməsi isə dörd-beş gün çəkir.  Qeyd edək ki, VIBES adlanan cihazın qiyməti hələ açıqlanmayıb. Tədqiqatçılar onun iştaha təsir göstərdiyini, arıqlamaq və ya iştahı idarə etmək üçün bir yol ola biləcəyini söyləyirlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Süni intellektlə bağlı ciddi xəbərdarlıq: Anthropic tədqiqatçısı şirkətdən istefa verdi

Aynur Camal

ABŞ-da yeni iPhone təqdim edildi: qiyməti 3 499 dollardan başlayır

Aynur Camal

Yeni üsul kompüterlərdə istilik itkisini 60 faizdən çox azaltmağa kömək edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu