13 C
Baku
3 Noyabr 2025, 6:54
Mədəniyyət

Mədəniyyət Nazirliyi Əməkdar artistin dəfn xərclərini qarşılayacaq

Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq.

Bu barədə aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi sabah saat 11.00-da Heydər məscidində təşkil olunacaq: “Sabah Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Əməkdar artist bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Tanınmış aktrisa vəfat etdi.

Şükufə Ramizqızı

“Sən də dəstək ol!”

Aynur Camal

İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu