İdman

Premyer Liqa təmsilçisi iki futbolçu ilə yollarını ayırdı

İngiltərənin “Brentford” klubu iki futbolçu ilə yollarını ayırıb.

Bugun.tv xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçiləri Tarik Fosu və Mads Bek Sorenseni icarəyə göndərib.

Fosu “Roterem”ə, Sorensen isə “Qroningen”ə icarəyə verilib. Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Tarik Fosu 2020-ci ilin yanvarından “Brentford”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 63 oyunda 5 qol vurub. O, Qana yığmasında 4 matça çıxıb, 1 qol vurub.

Mads Bek Sorensen isə 2020-ci ilin mayından “Brentford”da çıxış edir. Danimarkadan olan 24 yaşlı müdafiəçi bu komandada meydana çıxdığı 72 oyunda 4 qol vurub.

 

Bugün TV

Oxşar xəbərlər

İtaliya Futbol Federasiyası İnfantinoya dəstəyini geri çəkdi

Aynur Camal

Avropanın nəhəng futbol liqalarında yeni mövsüm başlayır: Premyer Liqa, A Seriyası və Liqa 1 nə vaxt keçiriləcək?

Aynur Camal

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu