16 C
Baku
11 Oktyabr 2025, 21:42
Mədəniyyət

Mədəniyyət Nazirliyi xüsusi müsabiqə elan edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə elan olunur.

Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli, 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən keçirilir.

Keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə edirlər.

Qeydiyyat:

• 3–17 oktyabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin portalında aparılacaq.

Ətraflı məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi saytlarında yerləşdirilib.

Aynur Camal

Oxşar xəbərlər

Gülşad Baxşıyeva:“Bəxt üzüyü -2” filminə dəvət almadım, onlara yalvarmalı idim?

Bugün TV

“Sarı gəlinin sorağında” sənədli filminin çəkilişləri yekunlaşıb – FOTO

Kəmalə Sultan

Xalq artisti ilə vida mərasimi keçirilir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu