Baş xəbərMədəniyyət

“Sarı gəlinin sorağında” sənədli filminin çəkilişləri yekunlaşıb – FOTO

Bugun.tv xəbər verir ki, “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin çəkilişləri sona çatıb. Filmin sonuncu çəkiliş günü İsmayıllı rayonunun Girk, Yenikənd kəndlərində, Yuxarı Tala və Yekəxana Su Anbarı ərazilərində baş tutub. Filmin 2023-cü ilin noyabr ayında təqdimatı planlaşdırılır.

Xatırladaq ki, filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ katibi Əli İsa Cabbarov, xətti prodüseri isə İsmayıl Qasımovdur. Film ingilis və erməni dillərində də yayımlanacaq.

Öncə xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olmuşdu. “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayevdir. Sənədli filmlə yanaşı, layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların da (erməni və ingilis dillərində) hazırlanması nəzərdə tutulur.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu