5 C
Baku
27 Dekabr 2025, 9:20
Digər

Məhəmməd Əsədullazadə: ABŞ–Azərbaycan münasibətləri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçir

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə ABŞ–Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bildirib. Ekspert bu barədə fikirlərini öz sosial media hesabında  paylaşıb.

Onun sözlərinə görə, ABŞ–Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində gələn ildən yeni sazişin imzalanması gözlənilir. Xüsusilə ABŞ-ın Azərbaycana silah satışı məsələsinin gündəmə gəlməsi ikitərəfli münasibətlərin dərinləşdiyini göstərir. Məhəmməd Əsədullazadə qeyd edib ki, bu proses Vaşinqton–Bakı münasibətlərində strateji tərəfdaşlıq xəttinin güclənməsindən xəbər verir.

Siyasi ekspert vurğulayıb ki, uzun illər ABŞ–Azərbaycan əməkdaşlığının inkişafına mane olan əsas amillərdən biri 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə edilən və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişdir. Bu düzəlişin illərdir iki ölkə arasında siyasi və hüquqi problemlər yaratdığını xatırladan Əsədullazadə bildirib ki, Donald Tramp administrasiyası artıq Konqresdə 907-ci düzəlişin ləğvi istiqamətində prosesə başlayır.

Ekspertin fikrincə, mövcud siyasi dinamika fonunda növbəti ildən 907-ci düzəlişin ləğv olunması real görünür. Bununla paralel olaraq Amerika Erməni Assambleyasının düzəlişin qüvvədə saxlanılması üçün Konqresdə aktiv lobbi fəaliyyətinə başladığını da diqqətə çatdırıb.

Məhəmməd Əsədullazadə əlavə edib ki, ABŞ prezidenti Donald Trampın gələn il Azərbaycana yeni səfir təyin edəcəyi gözlənilir. Bu addım Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi siyasi önəmin açıq göstəricisi hesab olunur. Onun fikrincə, ABŞ–Azərbaycan əlaqələri yaxın dövrdə daha da dinamik şəkildə inkişaf edərək yeni mərhələyə keçəcək.

Siyasi ekspert hesab edir ki, bu prosesin qarşısını almağa çalışan Rusiya və erməni lobbisinin cəhdləri strateji baxımdan uğursuz olacaq. Regional geosiyasi reallıqlar və ABŞ-ın Cənubi Qafqazda artan maraqları Azərbaycanla əməkdaşlığı qaçılmaz edir.

Aynur Camal

Oxşar xəbərlər

Dubayda 2026 Yeni İl gecəsi üçün rekord miqyasda atəşfəşanlıq planları

Aynur Camal

ABŞ‑ın 250 illik yubileyi üçün xüsusi Yeni İl gecəsi tədbiri

Aynur Camal

Vitamin C-nin dəridə fiziki təsiri haqqında yeni araşdırma

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu