Baş xəbərSosial

“Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı film çəkiləcək

Narkomaniya bəlasından qorunmaq, bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı qısametrajlı film çəkiləcək.

Bu barədə Bugun.tv-yə Narkotizimlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində ərsəyə gələcək eyniadlı qısametrajlı film geniş arenada təbliğ olunacaq.

Layihənin rəhbəri Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametraflı filmi vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Bakı şəhərində narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Sosial platformaların vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər. Müxtəlif KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən film diskləşdiriləcək Bakı ilə yanaşı regionda gənclərə pulsuz paylanacaq. Filmin təqdimat mərasimi olacaq.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu