Image default
DünyaHadisə

Məktəbə hücum oldu: 25 ölü, 8 yaralı

Bugun.tv xəbər verir ki, Uqandanın qərbində Demokratik Alyans Qüvvələrinin (ADF) məktəbə təşkil etdiyi hücumda 25 nəfər ölüb, 8 nəfər yaralanıb.Terror təşkilatı DAEŞ ilə əlaqəsi olan Uqanda separatçı Demokratik Alyans Qüvvələri (ADF) Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Mpondve qəsəbəsindəki Lhubirira orta məktəbinə hücum edib.

Polis sözçüsü Fred Enanqa açıqlama verib. “ADF üsyançıları tərəfindən Lhubirira orta məktəbində terror aktı həyata keçirilib. Yataqxana yandırılıb, ərzaqlar talan edilib. 25 cəsəd məktəbdən çıxarılaraq Bwera Xəstəxanasına aparılıb. Bundan başqa, onun xəstəxanasında ağır vəziyyətdə olan 8 nəfər var”, –  o bildirib.Polis Enanqa əsgərlərin Virunqa Milli Parkına doğru qaçan hücumçuları təqib etdiyini bildirib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Faraj Endi Börnemin baş nazir təyin olunmasını “çevriliş” adlandırdı

Aynur Camal

Qrenlandiya buzlaqlarının əriməsi araşdırılır

Aynur Camal

ABŞ–İran gərginliyi Qırmızı dənizdə neft daşımalarına təsir etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu