9 C
Baku
21 Dekabr 2025, 14:18
DünyaHadisə

Məktəbin damı uçdu: 7 nəfər həyatını itirdi

Hindistanın Racastan ştatında məktəbin damının uçması nəticəsində 7 şagird ölüb, 28 şagird yaralanıb.

Racastan ştatının Chalawar rayonunda dövlət məktəb binasının bir hissəsi uçub.

Polisin bildirdiyinə görə, Piplod ictimai məktəbi binasının 6-cı və 7-ci siniflərin yerləşdiyi hissəsi uçarkən təxminən 35 uşaq dağıntılar altında qalıb.

Hadisədən sonra valideynlər və müəllimlər də daxil olmaqla, çoxlu insan uşaqları dağıntılar altından xilas etmək üçün çalışıb.

İndiyədək dağıntılar altından 7 şagirdin meyiti çıxarılıb, 28 uşaq isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Yerli sakinlər məktəb binasının vəziyyəti ilə bağlı məhkəmə-tibb orqanına və rayon rəhbərliyinə məlumat verdiklərini, lakin heç bir tədbir görülmədiyini bildiriblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Torpaq sürüşməsi böyük fəlakətə səbəb olub

Aynur Camal

Qurani-Kərimə hücum səbəbilə ilk dəfə məhkəmə işi açıldı

Aynur Camal

Elektromobillərə əlavə gömrük rüsumlarının tətbiqi barədə qərar qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu