18 C
Baku
23 Oktyabr 2025, 7:44
Baş xəbərSosial

“Mən kəsilən pensiyalarımın bərpasını istəyirəm”-VİDEO

Bugun.tv-yə şikayət daxil olub. Vətəndaş Zərifə Novruzova 3 ilə yaxındır ki, pensiyasını bütöv şəkildə ala bilmədiyini deyir. Onun sözlərinə görə, təqaüdü əvvəlcə 250 manat kəsilib. Bu ilin yanvar ayında təyin olunan artım isə 50 manat əskik hesablanıb.

O, 2020-ci ildə pensiyasının düzgün hesablanmadığı iddiası ilə məhkəməyə müraciət edib. Cavabdeh qismində isə Sosial Müdafiə Fondu olub. “Son 3 il müddətində 3 məhkəmə prosesindən keçdim. Rayon, inzibati və Apeliyasiya məhkəməsinin çıxardığı qərarlar da haqlı olduğumu göstərdi. Mən kəsilən pensiyamın bərpasını istəyirəm. Ötən illər düzgün hesablanmalı və pulum geri qaytarılmalıdır”.

Şikayətçi deyir ki, çıxarılan qərarlara baxmayaraq onun kəsilən təqaüdü hələ verilməyib.

Bugun.tv olaraq Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili Zərifə Novruzovanın yaşa görə əmək pensiyasının bərpası ilə bağlı müraciətini cavablandırıb. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu 17 mart 2023-cü il tarixində şikayətçinin xeyrinə çıxarılan apeliyasiya qərarından kassasiya şikayəti verib. “Məhkəmə prosesi davam edir. Nəticəyə əsasən, müvafiq qərar veriləcək”,- qurum rəsmisi bildirib.

Mövzuya yenidən qayıdacağıq.

Müxbir: Qaytən Qasımzadə

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Ankarada seçki qanla başa çatıb: 23 nəfər yaralanıb

Kəmalə Sultan

Yaxalanan FETÖ-nün sözdə yüksək vəzifəli icraçısı İstanbula gətirildi

Kəmalə Sultan

Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tədbir keçiridi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu