Baş xəbərKriminal

Qanun pozucusu saxlanıldı

Bugun.tv xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları icazəsiz işğaldan azad edilən əraziyə keçmək istəyən şəxsi saxlayıb.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu yayıb. Bildirilir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb. Belə ki, o bu qanunsuz hərəkəti törətmək üçün işğaldan azad edilən ərazilərə keçmək icazəsi olan həmyerlisinin şəxsiyyət vəsiqəsinin fotosundan istifadə etmək istəyib. Q.Qurbanovun bu əməli aşkarlanaraq barəsində protokol tərtib edilib. Məhkəmənin qərarına əsasən, o 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Bugün TV

Oxşar xəbərlər

Bir gün rəhbərliklə

Bugün TV

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu