Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının mükafatlandırma mərasimi keçirilib. Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi 3 mükafata layiq görülüb. Rejissoru Asif Rüstəmov olan film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır. Filmdə baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov canlandırıblar.
Bu haqda Bugun.tv-yə aktrisa Natəvan Abbaslı məlumat verib. O rol aldığı film haqqında təəsüratlarını bölüşüb. “Mənim çəkilməkdə ən böyük motivasiyam ssenari idi. Ssenari mənim üçün çox maraqlı və həyəcanverici gəldi və bu filmdə çəkilmək istədim. Ən son Fransada festivalda olduq, oradada 3 mükafat qazandıq. Mənim üçün çox sevindirici haldır. Əminəm ki, digər yoldaşlarım – Elşən Əsgərov, Qurban İsmayılov da mənim yaşadığım hissləri yaşayırlar. Hər biri ilə işləmək zövqlü idi. Ötən ay bizim qapalı baxışımız oldu. Orada filmi təqdim etdik. Növbəti aylar üçün isə daha geniş auditoriya qarşısına çıxmaq istəyirik”.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri