13 C
Baku
13 Aprel 2026, 16:44
Digər

Məscidül-Əqsa 41 gündən sonra ibadətə açıldı

Məscidül-Əqsa 41 günlük fasilədən sonra yenidən ibadətə açılıb.

Qüdsün işğal altındakı Şərqi Qüds bölgəsində yerləşən müqəddəs məkanın qapıları səhər azanı ilə açılıb və yüzlərlə fələstinli müsəlman Hərəmi-Şərifə axışıb.

Məscidin açılması zamanı bir çox insan sevinc göz yaşlarını saxlaya bilməyib, ibadət edənlər həyətlərdə şükür səcdəsinə qapanıblar. 41 gündən sonra qılınan ilk sübh namazında yüzlərlə insan birlikdə saf tutub.

Qeyd edək ki, İsrail hakimiyyəti fevralın 28-də başlayan gərginlik fonunda Məscidül-Əqsaya girişləri tam məhdudlaşdırıb. Bu müddət ərzində yalnız məscid əməkdaşlarına ibadət etməyə icazə verilirdi.

Bundan əlavə, xristian dünyası üçün mühüm dini məkanlardan biri olan Qiyamət kilsəsi də eyni dövrdə bağlanmışdı.

Məlumata görə, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Itamar Ben-Gvir məscid bağlı olduğu müddətdə əraziyə basqın da edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Misirdə əcnəbilər Azərbaycan dili kurslarına böyük maraq göstərir

Aynur Camal

Peter Magyar Rusiyaya münasibətini açıqladı: “Danışıqlar aparacağıq”

Aynur Camal

Trampın Papaya yönələn açıqlamaları müzakirələrə səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu