Digər

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bu gün İlham Əliyev Mustafa Çiftçini qəbul edib.

Görüş zamanı qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Prezident İlham Əliyev isə səmimi salamlar üçün minnətdarlığını bildirib və öz salamlarını Türkiyə dövlət başçısına çatdırmağı xahiş edib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır və bütün sahələr üzrə əməkdaşlıq davamlı şəkildə genişlənir.

Tərəflər ölkələrin müvafiq qurumları, xüsusilə də Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıblar.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu