27 C
Baku
17 Sentyabr 2026, 14:58
Siyasət

M. Əsədullazadə: “Həmas və İsrail arasında atəşkəs əldə edildi..”

“Misirdə ABŞ vasitəçiliyi, Türkiyə və Qətərin zəmanəti ilə İsrail-Həmas arasında atəşkəs müqaviləsi imzalanıb” bu barədə politoloq Məhəmməd Əsədullazadə öz Facebook səhifəsində şərh paylaşıb.

O qeyd edib ki, tərəflər girovları azad edəcək. Həmas Qəzzada idarəetməni növbəti mərhələdə təhvil verəcək. İsrail isə, Qəzzadan ordusunu çıxaracaq.

Qəzzadan Həmasin çıxarılması ABŞ və İsrailin planın tərkib hissəsi idi. Bununla yanaşı fələstinlilərin köçürülməsi planda var idi. Türkiyə, Qətər, Misir və Səudiyyə Ərəbistanın ABŞ -la danışıqları nəticəsində Qəzzada əhalinin zorla çıxarılmaması razılaşmada yer aldı.

B. Netanyahunun geri addım atması əsasən Qərb ölkələrinin Fələstin dövlətinin tanıması və İsrailə qarşı artan təzyiqlərin nəticəsi idi.

ABŞ prezidenti D. Tramp Həmas və İsrail arasında sülh yaratdığı üçün öz mövqeyini gücləndirəcək. Bir neçə gündən sonra D.Tramp Yaxın Şərqə “sülh missiyasını” reallaşdıran lider kimi səfər edəcək.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə 

Aynur Camal

Oxşar xəbərlər

Neftin qiyməti ABŞ ehtiyatlarının artması fonunda ucuzlaşdı

Aynur Camal

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Rusiyanın qaz ixracını dayandırması Paşinyanın mövqeyini gücləndirir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu