26 C
Baku
18 Sentyabr 2026, 14:55
Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Dünya

M.Əsədullazadə: Rusiya seçkilərdən sonra yeni hərbi kampaniyaya başlaya bilər

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyada keçirilən Dövlət Duması seçkilərindən sonra Moskvanın Ukraynaya qarşı hərbi təzyiqi artıracağını və yeni hərbi kampaniyaya başlaya biləcəyini bildirib.

Ekspert sosial media hesabında paylaşdığı təhlildə Rusiyada hakim partiyanın seçkilərdə qalib gəlmək imkanlarının yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, seçki prosesi ciddi siyasi alternativlərin məhdud olduğu şəraitdə keçirilir və hakimiyyətin əsas rəqiblərindən biri olan “Yabloko” partiyası da seçkilərdən kənarlaşdırılıb.

Əsədullazadə hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalar və sosial-iqtisadi problemlərin yaratdığı narazılıqlar Kreml qarşısında müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatları davam etdirəcək.

Ekspert xüsusilə seçkilərdən sonra Rusiyada yeni hərbi səfərbərlik keçirilməsi ehtimalına diqqət çəkib. O bildirib ki, Moskva bununla Ukraynaya qarşı hərbi təzyiqi artırmaqla yanaşı, NATO ölkələrinə, xüsusilə Polşaya qarşı siyasi və hərbi təzyiq imkanlarını da genişləndirməyə çalışa bilər.

Əsədullazadənin proqnozuna görə, qarşıdakı qış aylarında Rusiyanın Donbas istiqamətində hərbi əməliyyatları intensivləşdirmək və bölgədə nəzarəti genişləndirmək cəhdləri mümkündür.

Ekspert qeyd edib ki, Moskva Donbasla bağlı strateji məqsədlərinə nail olmayacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olub-olmayacağı əsas suallardan biri olaraq qalır. Onun fikrincə, bu baxımdan Rusiya-Ukrayna müharibəsində yaxın dövrdə daha sərt hərbi və siyasi mərhələnin başlanması mümkündür.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Aynur Camal

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu