8 C
Baku
7 Fevral 2026, 20:47
Digər

Maaşlar 9,5% artdı: Pensiyalar nə qədər yüksələcək?

Azərbaycanda bu ilin ilk 10 ayında orta aylıq əmək haqqı 9,5% artaraq 1087 manata çatıb. Ən yüksək əməkhaqqı neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb. Maaş artımı pensiyaların indeksləşdirilməsi baxımından da əsaslı göstərici sayılır.

Bugun.tv– xəbər verir ki, bu barədə məlumatı iqtisadçı, deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksasiya olunur. İlkin proqnozlara görə, 2025-ci ildə orta aylıq əmək haqqının 9,2% artacağı gözlənilir. Bu isə pensiyaların təxminən eyni faizlə artırılacağı deməkdir. Dəqiq rəqəmlər isə 2025-ci ilin fevral ayının əvvəlində rəsmi şəkildə açıqlanacaq.

İndeksləşdirmə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə olan bütün əmək pensiyalarına şamil olunur. Qanunvericiliyə əsasən, 2025-ci ilin 31 dekabr tarixinədək pensiya hüququ əldə edən bütün vətəndaşların pensiya məbləği artım göstəricisinə uyğun yenilənəcək. Orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsasən, 2026-cı il yanvarın 1-dək təyin edilmiş pensiyaların sığorta hissəsi və qulluq stajına görə əlavələr də artırılacaq.

Beləliklə, 2026-cı ilin yanvarından etibarən təxminən 1 milyon 100 min vətəndaşın pensiyasında artım baş verəcək. Artımın həcmi 2025-ci ildə qeydə alınacaq orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyən ediləcək.

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu