16 C
Baku
24 Oktyabr 2025, 0:46
Digər

Macarıstan kəşfiyyat orqanlarının Putinin səfəri üçün nə hazırladığını açıqlayıb

Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç sosial mediada bildirib ki, kəşfiyyat orqanları Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə görüşü zamanı tam təhlükəsizliyini təmin edəcəklər.

“Hər iki prezident Tramp və Putin Macarıstanda təhlükəsiz şəraitdə olacaq. Macarıstanın təhlükəsizlik qüvvələri yaxşı təlim keçib. Onlara amerikalı və rusiyalı mütəxəssislər kömək edəcək. Prezidentlərin müdafiəsi böyük əhəmiyyət kəsb edəcək”, – ekspert yazıb.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Budapeştin Rusiya və ABŞ liderləri arasında sammitə ev sahibliyi etməyə hazır olduğunu bəyan edərək, bu, sülh tərəfdarları üçün böyük xəbər adlandırıb.

Xatırladaq ki, ötən həftə Putin və Tramp ilin əvvəlindən bəri səkkizinci telefon danışığını keçiriblər. İki saat yarım davam edən söhbətdən sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton dərhal Budapeştdə baş tuta biləcək dövlət başçıları arasında yeni sammitə hazırlığa başlayacaqlar. Uşakovun sözlərinə görə, Amerika lideri Macarıstanın paytaxtını təklif edib, Rusiya prezidenti isə bu ideyanı dəstəkləyib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Səhiyyə işçilərinin aylıq maaşları artırılıb.

Şükufə Ramizqızı

Şimali Koreya raket zərbələri endirir

Bugün TV

Rusiyalı jurnalist: “Bizə dedilər ki, çəkiliş zamanı öldürənləri azərbaycanlılar, ölənləri isə erməni kimi göstərin”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu