Image default
Dünyaİqtisadiyyat

Macarıstan Rusiya neftinin tranzitini Ukrayna operatoruna ödəyəcək

Macarıstanın MOL şirkəti Drujba neft kəməri üzərindən Rusiya neftinin tranzitini Ukrayna boru kəməri operatoruna ödəyəcək.

Bugun.tv xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto bildirib.

O, qeyd edib ki, Ukrayna hakimiyyəti tranzit qiymətlərini artırmaq qərarına gəlib. Bunun səbəbi ölkə ərazisindəki hərbi münaqişə səbəbindən daha yüksək risklərdir. Bu, qarşılıqlı ödənişləri və neft tədarükünü çətinləşdirirdi.

“Razılaşma əldə edilib ki, Macarıstan və Ukrayna sərhəddi xam neft tədarükü baxımından transfer nöqtəsi olaraq qalacaq”, – Siyarto bildirib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu