25 C
Baku
3 İyul 2025, 11:27
Baş xəbər

Magistral su xəttində təmir-bərpa işləri aparılacaq

  Bugun.tv-yə daxil olan məlumata görə, 30 avqust gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar Xətai rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.

“Müvəqqəti narahatlığa görə üzr istəyirik”

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti.

Aynur Camal

Oxşar xəbərlər

Bir avtobusda 29 kilo narkotik ələ keçirildi

Bugün TV

Hansı məhsulların beynin strukturunu dəyişə biləcəyi məlum olub

Aynur Camal

İspartada 4 mərtəbəli oteldə yanğın olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu