Mədəniyyət

“Mahnılarımı icazəsiz, həm də qol-qabırğasını sındırıb oxuyurlar”

Bugun.tv xəbər verir ki, bəstəkar Eldar Mansurov mahnılarını icazəsiz oxuyan müğənnilərdən danışıb. Onlara öz irad və tövsiyələrini bildirib. “Mahnını götürüb oxuyurlar. Tək mənim mahnım yox, başqasının da məşhur mahnılarını… Qol-qabırğasını sındırırlar. Baxıram internetdə, cavan uşaqlardır. Mən hələ ölməmişəm. Mahnımı oxumusuz, əcəb etmisiz. Bir mənə göndərin görüm, nə oxumusuz?! Baxıram görürəm ki, düzgün ifa etməyiblər. Nələrsə əlavə olunub. Cavan uşaqsan, bu sahəyə təzə başlamısan. Gəl, məndən soruş deyim ki, burasını belə, orasını belə et. Özü də elələrin götürüblər ki, hamısı möhürlü mahnılardır”.
Xalq artisti onun bəstələrini ifa edən bəzi gənclərdən isə razı olduğunu deyib, təşəkkür bildirib.

Oxşar xəbərlər

Yola ver

Bugün TV

Eldar Mansurov “Qarabağnamə” baleti yazıb

Nigar Məmmədova

Mədəniyyət müəssisələrində “Ustad dərsləri” həftəsi keçirildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu