23 C
Baku
26 Sentyabr 2026, 11:57
Baş xəbərKriminal

“Makarov” gəzdirən 6 nəfər saxlanıldı – VİDEO

Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən 6 nəfər saxlanılıb.

Bugun.tv-yə bu barədə DİN-dən məlumat daxil olub.

Qeyd edilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar.

Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini Adil Musayev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu