14 C
Baku
23 Noyabr 2024, 14:18
Dünya

Makron podkastda rəqib partiyaların seçki vədlərini dəyərləndirib

Fransa prezidenti Emmanuel Makron birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilərdən əvvəl ifrat sağçı və ifrat solçu partiyaların proqramlarının ölkəni “vətəndaş müharibəsi”nə sürükləyə biləcəyini bildirib.

Makron podkastda rəqib partiyaların seçki vədlərini dəyərləndirib.

Makron bildirib ki, ifrat sağçı lider Marine Le Penin partiyası Milli Ralli (RN) və ifrat solçu “İtaətsiz Fransa” (LFI) partiyasının siyasi proqramları ölkəni vətəndaş müharibəsinə apara bilər.

Təhlükəsizliyə qarşı ifrat sağın təklif etdiyi həll yolunun cəmiyyəti parçaladığını və ölkəni vətəndaş müharibəsinə sürüklədiyini bildirən Makron, LFI-nin Fransa üçün bir növ “kommunitarizm” təklif etdiyini bildirib. Makron belə bir vəziyyətdən sonra ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyini iddia edib.

Makron, “Hər şeydən yorulduğumuzda, həyat hər gün çətinləşəndə, daha sürətli həll yolları təklif edən ekstremistlərə cəlb oluna bilərik. Bununla belə, həll yolu heç vaxt digərini rədd etmək olmayacaq” deyib.

Makron rəqibləri olan RN və LFI-nın vətəndaşların real problemlərinə, qəzəbinə və narahatlıqlarına cavab verdiyini etiraf edərkən, bu partiyaların ölkədəki “münaqişəni” artırmaqla təklif etdiyi həll yolunu səhv tapdığını bəyan edib.

Digər tərəfdən Makron İordaniya kralı Abdullanı Parisdəki Yelisey sarayında qəbul edib.

Rəyasət Heyətindən verilən açıqlamaya görə, görüş zamanı iki lider bölgədəki keçid məntəqələrində humanitar yardımların Qəzza xalqına çatmasına mane olan bütün məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

İki lider daha da gecikmədən bölgədə qalıcı atəşkəsin yaradılmasının vacibliyini bildirib və bütün əsirlərin azad edilməsi ilə bağlı gözləntilərini dilə gətirib.

ABŞ-ın bölgə ilə bağlı sülh planının qüvvəyə minməsi lazım olduğunu bildirən iki lider, işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətdən narahat olduqlarını bildiriblər.

Makron və Kral Abdullah İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən israillilərin zorakılığını pislədiklərini bildiriblər.

İki lider regionda iki dövlətli həll üçün birgə işləmək barədə razılığa gəliblər.

Avropa Parlamenti (AP) seçkilərinin Fransa mərhələsində RN 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Makronun partiyası Rönesans isə 14,60 faiz səslə ikinci olub.

AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron iyunun 9-da parlamenti buraxıb və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilərin keçirilməsi qərarını açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Türkiyənin milli müdafiə naziri yunan həmkarı ilə danışıqlar apardı

Teymur Əziz

Diyetoloq faydalarına görə unikal olan məhsulun adını çəkib

Aynur Camal

Məhbuslar aclıq və susuzluqla üzləşiblər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu