Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya telefonla “Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır” deyib. Makron X hesabında verdiyi açıqlamada Netanyahu ilə telefonla danışdığını bildirib.
Netanyahuya İsrailin və israillilərin təhlükəsizliyini dəstəklədiyini söyləyən Makron, “Həmasın tərksilah edilməsi bütün girovların azad edilməsi kimi əsas prioritetdir” deyib.
Məhbusların azad edilməsi üçün atəşkəsin yeganə variant olduğunun bildirildiyini deyən Makron, Qəzza zolağına humanitar yardım üçün bütün keçid məntəqələrinin açılmasının Qəzzalı vətəndaşlar üçün həyati əhəmiyyət daşıdığına diqqət çəkib.
“El-Arişdə bu yardımın sərhədin o biri tərəfində kəsildiyini gördüm. Yardımlar ən qısa zamanda mülki şəxslərə çatmalıdır”. Makron ifadələrindən istifadə edərək Netanyahuya “Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır” deyib.
Makron bölgədə təcili sülhə ehtiyac olduğunu vurğulayıb.
İkitərəfli telefon danışığı İsrail baş nazirinin oğlu Yair Netanyahunun Fransa prezidentini təhqir etməsindən sonra baş tutub.
Makronun Fələstin dövlətini tanıya biləcəkləri mesajı
Fransa prezidenti Makron Misirə iki günlük səfərindən sonra France 5 telekanalına müsahibəsində deyib: “Biz (Fələstinin) tanınması istiqamətində hərəkət etməliyik və buna yaxın aylarda nail ola bilərik” ifadələrdən istifadə edib.
Makron Səudiyyə Ərəbistanı ilə həmsədrlik edəcəkləri iki dövlətli həll mövzusunda beynəlxalq konfransda Fələstinin tanınması məsələsini yekunlaşdırmağı hədəflədiklərini bildirmişdi.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlara başlamasından sonra İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan, Baham adaları, Trinidad və Tobaqo, Yamayka və Barbados kimi ölkələrin qəbul etdiyi qərarlarla Fələstini tanıyan ölkələrin sayı 146-ya yüksəldi.
Mənbə: TrtHaber