Baş xəbərDünya

Makron: Tramp özünü xəyanət edilmiş hiss edəcək

Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı sammit öncəsi ABŞ prezidenti Donald Trampla görüşüb. Makron-Tramp görüşü ilə bağlı təfərrüatlar verilməyib. Trampla görüşündən sonra açıqlama verən Makron, Rusiyanın Ukrayna ilə bağlı dəqiq cavab vermədiyi təqdirdə Trampın özünü xəyanət etmiş hiss edəcəyini bildirib.

Ukraynada müharibəyə son qoyacaq atəşkəs planı və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Fransanın paytaxtı Parisdə 31 ölkənin liderini bir araya gətirən sammit yerli vaxtla saat 10:00-da başlayıb.

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən sammit öncəsi ABŞ prezidenti Donald Trampla görüşüb.

Görüşün təfərrüatları açıqlanmasa da, Makron bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəslə bağlı “aydın cavab” verməsə, “prezident Tramp özünü aldanmış və xəyanət edilmiş hiss edəcək”.

Sammitdə çıxış edən Makron Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı olmadığını “yekdilliklə” deyib.

“Sülh bərqərar olmadan sanksiyaların ləğvindən söhbət gedə bilməz”, – deyə Makron bildirib. Makron Rusiya sənayesinə iqtisadi təzyiqi davam etdirməyi hədəflədiklərini və bu istiqamətdə səfərbərliyə davam edəcəklərini də vurğulayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Taksidə silahlı hücum

Bugün TV

Kriptovalyuta nəhəngi Binance Fələstinlilərin aktivlərini müsadirə edib

Aynur Camal

Yunanıstan 35 kilometrlik polad hasar tikir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu