Image default
Digər

Makron və Tusk nüvə təlimlərini müzakirə edib

Politico nəşrinin yaydığı məlumata görə, Emmanuel Macron və Donald Tusk birgə nüvə təlimlərinin keçirilməsini müzakirə ediblər.

Fransa prezidenti bu barədə Qdansk şəhərində keçirdiyi mətbuat konfransında danışıb. Onun sözlərinə görə, tərəflər arasında müzakirə olunan məsələlərə məlumat mübadiləsi və birgə hərbi təlimlər də daxildir.

Bildirilir ki, Paris və Varşava Fransanın nüvə çəkindirmə sisteminə Polşanın cəlb olunması çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Donald Tusk isə qeyd edib ki, müasir dünyada Avropa ölkələrinin nüvə çəkindirmə imkanlarına ehtiyacı var. O əlavə edib ki, Polşa və Fransa bu sahədə əməkdaşlığı davam etdirəcək.

Mövzu ilə bağlı Sergey Ryabkov da münasibət bildirib. O vurğulayıb ki, ABŞ müttəfiqlərinin Avropa İttifaqında nüvə potensialını inkişaf etdirmək planları nüvə silahlarının yayılmaması rejimi üçün dağıdıcı təsir yarada bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu