20 C
Baku
24 İyun 2025, 8:23
Dünya

Makronun Fələstinin tanınması ilə bağlı bəyanatı: Mənəvi borc

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınmasının “mənəvi borc” olduğunu bildirib. Makron Sinqapur səfəri zamanı keçirdiyi mətbuat konfransında Fələstinlə bağlı açıqlamalar verib.

Fələstin dövlətinin tanınmasının mənəvi borc və siyasi zərurət olduğunu vurğulayan Makron, bu tanınmanın reallaşması üçün qarşılanmasını gözlədiyi şərtlərdən danışıb.

Bu çərçivədə Makron Fələstin dövlətinin İsraili tanıması və bu ölkənin təhlükəsiz yaşamaq haqqını tanıması, HƏMAS-ın tərksilah edilməsi, HƏMAS-ın Fələstin rəhbərliyinə qoşulmaması və məhbusların azad edilməsi kimi şərtləri açıqlayıb.

İsrail yaxın saatlarda və günlərdə Qəzza zolağındakı humanitar vəziyyətə uyğun həll təklif etməsə, Makron bu ölkəyə qarşı daha sərt ortaq mövqe nümayiş etdirilməsinin lazım olduğunu vurğulayıb.

Fransa prezidenti bəyan edib ki, belə bir halda Avropa İttifaqı (Aİ) öz qaydalarına əməl etməli, insan hüquqlarına hörməti ilkin şərt hesab edən proseslərə son qoymalı və sanksiyalar tətbiq etməli olacaq.

Makron, “Biz daha sərt mövqe tutmalıyıq, çünki bu, bu gün bir zərurətdir. Bununla belə, İsrailin mövqeyini dəyişəcəyinə və nəticədə humanitar həll yolu tapılacağına ümidim var” deyib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt ölü heyvanlara səs verir

Aynur Camal

Tramvayın əyləci sıradan çıxıb, sərnişinlər yola atılıb: Ölən və yaralananlar var

Aynur Camal

Merin evinə hücum edildi! Həyat yoldaşı və uşağı yaralandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu