27 C
Baku
17 Sentyabr 2026, 13:56
Dünya

Malavi qarğıdalı ixracını qadağan edir

Afrika ölkəsi Malavi uzun sürən quraqlıqdan qaynaqlanan ərzaq böhranı səbəbindən əsas qida məhsulu olan qarğıdalı ixracına qadağa qoyduğunu elan edib.

Malavinin Sənayeləşmə, Ticarət, Biznes və Turizm naziri Çarita Musanzo hökumətin aclıq təhlükəsinə qarşı yerli ərzaq tədarükünü sabitləşdirmək, qiymət dalğalanmalarını nəzarətdə saxlamaq və milyonlarla malavili vətəndaşın dolanışıqlarını qorumaq üçün qarğıdalı ixracını qadağan etdiyini açıqlayıb.

Musanzo deyib: “Qarğıdalı ‘Əmtəələrə Nəzarət Qanunu’na əsasən lisenziyalaşdırıla bilən ictimai mal kimi təsnif edildiyi üçün onun müvafiq icazə olmadan ixracı qanunsuzdur. Bu məhdudiyyəti pozan hər hansı bir şəxs və ya müəssisə qanuni tədbirlərlə üzləşəcək”.

Qida Böhranı

Prezident Artur Peter Mutharika parlamentdə çıxış edərək qida böhranını “milli böhran” adlandırdı və beynəlxalq ictimaiyyəti ərzaq yardımı etməyə çağırıb.

Keçən ay ölkənin aclıq riski altında olan 28 əyalətindən 11-də fəlakət vəziyyəti elan edilib.

Malavi son illərdə davam edən quraqlıq və təbii fəlakətlər səbəbindən ciddi qida böhranı yaşayır.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu