13 C
Baku
8 Noyabr 2024, 21:46
Baş xəbər

Malayziyanın Milli Günü münasibətilə tədbir keçirildi

Azərbaycan və Malayziya arasında əlaqələr daim genişlənir

Malayziyanın ölkəmizdəki səfirliyi tərəfindən bu ölkənin Milli Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbir Malayziya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ölkəsinin müstəqillik tarixindən bəhs edib, Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb.

  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək, Malayziyanın Milli Günü münasibətilə səfirə və dost Malayziya xalqına Azərbaycan Respublikası Hökuməti adından təbrikini ifadə edib. Nazir Azərbaycanla Malayziya arasında siyasi, diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu, dövlətlərarası əlaqələrimizin inkişaf dinamikasının, əməkdaşlığımızın genişlənməsinin böyük məmnunluq doğurduğunu bildirib. O, əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, ticarət, humanitar sahələrdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

S. Babayev həmçinin bildirib ki, “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” 2014-cü ildə Bakıda imzalanmış Birgə Bəyannamə əlaqələrimizin inkişafı üçün güclü zəmin yaradıb. Ölkəmiz Malayziya ilə müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

“Biz Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi münasibəti, suverenliyimizə, ərazi bütövlüyümüzə verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bu günədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənəd imzalandığını qeyd edən nazir bu ilin 8 ayında Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrünə nisbətən 60 faiz artdığını diqqətə çatdırıb. Bildirib ki, Malayziya tərəfindən Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edilir. Bu da qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə səmərəli töhfə verir”.

S. Babayev malayziyalı dostlarımızın bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) işində fəal iştirak edəcəyinə əminlik ifadə edib. O, bir daha bu əlamətdar gün münasibətilə təbrikini çatdıraraq, Malayziya xalqına daim rifah və firavanlıq arzulayıb.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Ümummilli etimadın uğurla gerçəkləşməsi

Bugün TV

Avtomobil aşdı: 2 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Türkiyə Böyük Millət Məclisinə namizəd olan azərbaycanlılar kimlərdir? – SİYAHI

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu