26 C
Baku
12 Sentyabr 2026, 17:24
Dünyaİdman

“Mançester Siti” və “Milan” ölkə kuboku yarışından kənarda qaldı

Bugun.tv xəbər verir ki, “Mançester Siti” və “Milan” ölkə kuboku yarışından kənarda qalıb.

“Milan” öz meydanında “Torino“ya 0:1 hesabı ilə uduzub. Yeganə qol əlavə vaxtda 114-cü dəqiqədə vurulub. Üstəlik, “Torino” 70-ci dəqiqədən azlıqda oynadı – ikinci sarı vərəqəyə görə Turinin müdafiəçisi Koffi Gigi oyundan uzaqlaşdırıldı.

“Torino”nun heyətində Aleksey Mirançuk  90 dəqiqə meydanda mübarizə aparıb.

İngiltərədə “Sauthempton” öz meydanında “Mançester Siti”ni 2:0 hesabı ilə məğlub edib. Hər iki qol ilk hissədə vurulub. İkinci hissədə “vətəndaşlar” Haaland və De Bruyne ilə getsələr də, komandasına hesabı dəyişməyə kömək edə bilməyiblər.

Premyer Liqada 17 turdan sonra “Mançester Siti” ikinci pillədə qərarlaşıb və lider London “Arsenal”ından 5 xal geri qalır. “Milan” İtaliya A Seriyasında 17 turdan sonra lider “Napoli”dən 7 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Mənbə: Vesti.ru

Bugün TV

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu